Namiq Qaraçuxurlu Rusiyada koronavirusa yoluxdu

Namiq Qaraçuxurlu Rusiyada koronavirusa yoluxdu
2106 dəfə oxunub
  • A-
  • A
  • A+
Meyxanaçı Namiq Qaraçuxurlu koronavirusa yoluxub.

Axşam.az xəbər verir ki, bu haqda sənətçi İnstaqram hesabında yazıb. O, Rusiyaya toy məclisinə gedən zaman virusa yoluxduğunu bildirib:

"Əzizlərim rahatsız olmasın deyə, koronavirusa yoluxmağımı gizli saxlamaq istədim. Təəssüf ki, kiminsə ağzının boş olması buna imkan vermədi. Bu həyəcanı sevənlərimə verdiyim üçün üzr istəyirəm. Bildirmək istəyirəm ki, xəstəliyi çox yüngül keçirirəm, saytların bildirdiyi kimi xəstəxanada deyiləm və tezliklə sağalıb vətənə geri dönəcəm.