"Rayonlu nə bilir konsert nədir?" - Xalq artistinin sözləri tənqid edildi

"Rayonlu nə bilir konsert nədir?" - Xalq artistinin sözləri tənqid edildi
2664 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Sərxan Sərxanın uzun illər sonra Kulis.az saytına müsahibə verib.

Axşam.az xəbər verir ki, müğənni danışarkən rayon və şəhər sakinlərinin müqayisəsini aparıb. 

“O vaxt Bakı ilə rayon əhalisinin çox dərin fərqi vardı. Şəhər əhalisi şəhərdən getdi, onların yerinə rayon əhalisi gəldi. Onların da təqsiri yoxdur. Çünki bu, yazıqlar şəhərdə necə yaşamağın, konsertlərə getməyin qaydasını bilmirlər. Onlar nə bilir, konsert nədir, teatr nədir? Onlar bunu indi-indi öyrənirlər. Əvvəllər, rayondan gələn tələbə beş il oxuyandan sonra şəhər mədəniyyətini qəbul edirdi, olurdu Bakı sakini. İndi Bakıda əsasən rayon əhalisidir. Onların da, yenə deyirəm, təqsiri yoxdur. Bu, o demək deyil ki, onlar konsertləri sevmirər. Yox, sadəcə onlara bu tərbiyəni, mədəniyyəti verən olmayıb. Bəlkə də bu, Sovet hökumətinin siyasəti idi ki, Bakı əhalisi savadlı olsun, amma rayon əhalisi savadsız qalsın. Gürcülərdə bu fərq yoxdur. Onlarda şəhər əhalisi ilə kənd əhalisi arasında fərq azdır. Amma bizdə çoxdur. İndi öyrənirlər. İndi heç olmasa, şəhər təmizdir, 90-cı illərdə küçələr yaman gündə idi”.

S.Sərxanın bu fikirləri sosial şəbəkədə tənqid edilib.