Samir vegetarian oldu

Samir vegetarian oldu
2595 dəfə oxunub
  • A-
  • A
  • A+
"Türkiyədə dərviş həyatı yaşadım, dağlara çəkildim. Bodrumda qalıram. Hava və təbiətlə ünsiyyətdə oldum. Enerji yığdım".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Samir Piriyev "Səhər mərkəzi" proqramında deyib. Sənətçi uzun müddətdir Bodrumda yaşadığını bildirib.

Həyat yoldaşı Anaradan söz açan Piriyev mahnılarına onun söz yazdığını deyib:

"Evdə bank həyat yoldaşımdır. Nə edirəm? Mən dağıdanam. Yoldaşım isə yığımcıldır".

Samir eyni zamanda vegetarian olduğunu söyləyib:

 "Evdə hər kəs veqan olublar. Yoldaşım heyvan ünsürünə aid olan heç nə yemir. Bəzən uşaqlar da yemir. Bu gün yumurta yedim, hiss etdim ki, yaxşı deyiləm. Artıq mən də veqan oluram. Hələ ki, vegetarianam. Süd, pendir yeyirəm. Gələcək də onu da kəsməyi düşünürəm".