Selfi çəkərkən yıxılıb öldü - Fotolar

Selfi çəkərkən yıxılıb öldü - Fotolar
3686 dəfə oxunub
  • A-
  • A
  • A+

İnstaqramda xüsusilə qayalıq ərazilərdə təhlükəli formada şəkillər çəkərək paylaşan Sofiya Çunq adlı fenomen faciəli şəkildə ölüb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, dostları ilə Honkonqdakı "Ha Pak Lai" parkına yollanan 32 yaşlı fenomen həmişə olduğu kimi sosial media hesabında paylaşmaq üçün fotolar çəkib.

Selfi çəkmək üçün şəlalənin başına qalxan Sofiya müvazinəti itirib və gölə yıxılıb. Dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.