Şahzadə Harri kitab yazacaq

Şahzadə Harri kitab yazacaq
275 dəfə oxunub
  • A-
  • A
  • A+

Krallıq səlahiyyətlərindən imtina edərək həyat yoldaşı, aktrisa Meqan Marklla sarayı tərk edən Harri həyatını qələmə almağı planlaşdırır.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, artıq Harrinin nəşriyyatlardan biri ilə müqavilə bağladığı bildirilir. O, kitabında dünyaya gəldiyi şahzadə obrazını deyil, olmağını seçdiyi xarakterin həyatını oxuculara çatdıracaq.

Kitab gələn ilin sonlarına doğru işıq üzü görəcək. Şahzadənin nəşriyyatla 20 milyon dollar qarşılığında razılaşdığı bildirilsə də bu haqda rəsmi açıqlama verilməyib. Lakin qazancın xeyriyyə təşkilatlarına bağışlanacağı qeyd olunur.