"Yazırlar ki, yazıq arvadı nələr çəkir"

"Yazırlar ki, yazıq arvadı nələr çəkir"
2225 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə həyat yoldaşı Sevinclə bağlı yazılan şərhlərə münasibət bildirib.

Axşam.az xəbər verir ki, sənətçi "Xəbər-ətər" verilişində xanımının onu duet ortağı Ayan Babakişiyevaya qısqanması söhbətlərindən danışıb.

Nadir bildirib ki, həyat yoldaşı onun sənəti ilə bağlı işlərə qarışmır:

"Həyat yoldaşım sənət həyatıma qarışmır. Onu maraqlandırmır bizim şou-biznes. Onun öz dünyası var. O hazırda bazarlıq etməklə, oğlunu evləndirməklə məşğuldur. Başı ailəyə qarışan insanları sevirəm. Anlayışlı xanımdır. Birdən aktyor olardım, gündə bir xanımla səhnə bölüşərdim. Onda gərək hər gün boşanardıq? 28 ildir birlikdəyik. Amma bəzi şərhlər var ki, ürək bulandırır. Yazırlar ki, "Yazıq arvadı, nələr çəkir. Onun dərdi böyükdür". Sizin nəyinizə lazımdır? Onun dərdi yoxdu".