Məşhur prodüserə qarşı daha 11 ittiham

Məşhur prodüserə qarşı daha 11 ittiham
289 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir çox qadını təcavüz və cinsi zorakılığa məruz qoymaqda təqsirləndirilən Hollivud prodüseri Harvey Vaynşteyn daha beş qadın qarşısında əməllərinə cavab vermək üçün Los-Ancelesdə məhkəməyə çıxarılıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, adı Los-Anceles əyalətində 11 təcavüz hadisəsində hallanan Harvey ittihamları rədd edib.

Qeyd edək ki, daha əvvəl prodüser Nyu-Yorkda mühakimə olunub və 23 il həbs cəzası alıb. Vaynşteyn müdafiəsində nəzarətdə olan zaman koronavirusa yoluxduğunu, az qala görmə qabiliyyətini itirdiyini və dörd dişinin düşdüyünü bildirib.