Sevgilisi modeli döyüb burnunu sındırdı - Video

Sevgilisi modeli döyüb burnunu sındırdı - Video
1165 dəfə oxunub
  • A-
  • A
  • A+
Əylənmək üçün gecə klubuna gedən model Gizem Akbaş keçmiş sevgilisi Mücahit İsmail Ayta tərəfindən döyülüb. 

Axşam.az türk mediasına istinadən xəbər verir ki, model klubda dostları ilə keçirdiyi xoş anları İnstaqram hesabında paylaşıb. Görüntüləri görən keçmiş sevgilisi onun olduğu məkana yollanıb və insident yaranıb.

Gizemi tək olarkən yaxalayan Mücahit onun üzünə yumruq vuraraq dəfələrlə təpikləyib. Zərbədən Akbaşın burnu qırılıb və yerə yıxılıb. Bütün bunlara baxmayaraq dayanmayan Mücahit ətrafdakıların müdaxiləsi ilə qadından uzaqlaşdırılıb.

Hadisə anları anbaan klubun təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Model keçmiş sevgilisindən polisə şikayət edərək, ən ağır şəkildə mühakimə olunmasını istəyib.