Satıcı qızla bağlı paylaşımını silmək məcburiyyətində qaldı

Satıcı qızla bağlı paylaşımını silmək məcburiyyətində qaldı
3409 dəfə oxunub
  • A-
  • A
  • A+
Şairə Nazilə Səfərli sosial şəbəkədəki paylaşımına görə tənqid edilib.

Axşam.az xəbər verir ki, şairə oğlu və bibisi arasında keçən dialoqu İnstaqramda yazıb.

"Sizi bir az güldürüm: Bibim böyük oğluma zəng edib ki, niyə evlənmirsən? Nurlan da böyük bibisinə deyib ki, kimi alım? Bibim deyib, sənə bir qız tapmışam əvəzi yoxdur. Nurlan soruşub ki, kimdir, nəçidir? Bibim qayıdasan ki, qız polis akademiyasını bitirib, mağazada satıcı işləyir. Oğlum dünəndən gülür. Deyir nə yaxşı qızdır həm alandı, həm satan" deyə, Səfərli paylaşımda yazıb.

İzləyicilərin əksəriyyəti onun bu fikirlərini tənqid ediblər. Onlar şairəni satıcıları təhqir etməkdə günahlandırıblar. Nazilənin ünvanına "Satıcı işləmək ayıbdır?", "Halal yolla pulunu qazanır", "Çox güldüm, bayaqdan gülürəm, satıcı işləyəndə nə olur?", "Gerçək həyat, dayısı olsaydı indi polis işləyərdi" kimi şərhlər yazılıb.

Çox tənqdi olunduğunu görən Səfərli paylaşımını silib.