"Alişanın qardaşı peyvənd olunsaydı, bəlkə də ölməyəcəkdi"

"Alişanın qardaşı peyvənd olunsaydı, bəlkə də ölməyəcəkdi"
1904 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Mahsun Kırmızıgül həmkarı Alişanın qardaşının koronovirusdan vəfat etməsindən yazıb.

Axşam.az xəbər verir ki, sənətçi peyvənd barədə fikirlərini bildirib:

"Ölkəni idarə edənlər peyvəndi erkən ala bilsəydi, minlərlə insanı itirməyəcəkdik. Alişanın qardaşı peyvənd olunsaydı, bəlkə də ölməyəcəkdi, uşaqları yetim qalmayacaqdı. Səlçukun ölümünü eşidən kimi xəstəxanaya getdim. Ölümün nə qədər ağrılı olduğunu yerində gördüm".