19250 manat hesab ödəyib dava etdilər

19250 manat hesab ödəyib dava etdilər
3866 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Ece Erken ilə həyat yoldaşı Mahmut Şafak Yazıcıoğlunun getdikləri bir məkanda gələn hesaba görə dalaşdığı iddia edilib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Erken "Hesab ödəməmək üçün deyil, ödənən hesaba sitəm etməkdir məsələ" deyə, açıqlama verib.

Cütlük bildirib ki, Bodrumda müğənni Yıldız Tilbenin səhnə aldığı bir məkana yollanıb. Gecə bitəndən sonra onlara 19.250 lirə hesab gəlib. Mahmut hesabı ödədikdən sonra məkan sahibinə "Bu, milləti dolamaq deyil?" deyib. Mübahisə də bundan sonra başlayıb. Ece və Şafak polis idarəsinə gedərək restoran sahibindən şikayət edib.

"Yıldız Tilbenin səhnəyə 23:20-də çıxmasına və sifarişlərin gec gəlməsinə görə müştərilər çəngəl-bıçaqla etiraf ediblər. 6 adam əsas yemək küftə, bir-iki məzə üçün 19,250 lirə ödədik. Yoldaşım etiraz bildirdi, məkan sahibi dostumuzu döydü. Yoldaşım araya girdi" deyə, aparıcı açıqlamasında bildirib.