"TikTok" fenomeni video çəkərkən təxminən 50 metr yüksəklikdən yıxılaraq ölüb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Çində baş verib. Xiao Qiumei adlı qadın video çəkmək üçün çıxdığı kranın üstündən yerə yıxılaraq həyatını itirib.
23 yaşlı Xiao 2 uşaq anası idi.
Qeyd edək ki, oxşar hadisə bu yaxınlarda Honkonqda da olub. İnstaqramda paylaşmaq üçün şelfi çəkən fenomenlərdən biri şəlalədən yıxılaraq ölmüşdü.