Məşhur reperlə bağlı növbəti təcavüz iddiası

Məşhur reperlə bağlı növbəti təcavüz iddiası
333 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı musiqiçi və prodüser Ar Kelli daha iki azyaşlı oğlana təcavüz etməkdə günahlandırılır.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, yeni məlumatlara görə, 2006-cı ildə müğənni studiyasına dəvət etdiyi gənclə "McDonalds"da tanış olub. Musiqi karyerası qurmaq arzusu olan 17 yaşlı oğlanı problemlər yaradacağı ilə bağlı təhdid edərək ona cinsi təcavüz edib.

Digər cinsi zorakılığa məruz qalan oğlanın isə 16 yaşı var. Müğənni onunla dostu vasitəsilə tanış olub. Musiqiçinin bir neçə həmcinsini də (yetkinlik yaşına çatmayan da daxil olmaqla) kamera önündə təcavüz etdiyi bildirilir.

Ar Kellinin 9 avqusta təyin edilmiş məhkəməsində bu və digər bir cinayətlərinə görə də ittiham olunması tələb olunur.

Qeyd edək ki, reper artıq iki ildir həbsxanada mühakimə olunacağı vaxtı gözləyir. Onun haqqındakı ittihamlar 1998-2010-ci illər arasında yaranıb. Reperin 1994-cü ildə 15 yaşlı müğənni Aaliyahla evləndiyi ortaya çıxıb.

2017-ci ildə “BuzzFeed”in yaydığı məlumatlarda isə Kellinin “seks zindanı”nda 6 qıza təcavüz etdiyi ilə bağlı ittihamlar yer alıb.