Çempionatda cəza alan idmançılara dəstək oldu

Çempionatda cəza alan idmançılara dəstək oldu
311 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur amerikalı müğənni Pink geyimlərinə görə cəza alan komandaya dəstək olub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Çimərlik Həndbol Çempionatında bikini əvəzinə şort geyinən Norveç qadın həndbol komandası cərimə olunub. Müğənni formalarla bağlı cinsi ayrıseçkilik edən qanunlara etiraz edən komandanın cəriməsini ödəyəcəyini açıqlayıb:

"Formalarla bağlı qaydalara etiraz etdikləri üçün onlarla qürur duyuram. Avropa Həndbol Federasiyası əsl seksizm üçün cəza verməlidir. Afərin xanımlar! Cəzanızı məmnuniyyətlə ödəyəcəyəm. Belə davam edin".

Komanda müğənninin bu jestinə qarşılıq olaraq ona təşəkkür edib.