Sevgilisi olaraq qalması üçün onu təhdid edir

Sevgilisi olaraq qalması üçün onu təhdid edir
1251 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli model Şevval Şahinin bir müddət əvvəl qalmaqal yaşadığı keçmiş sevgilisi Marcus Aralla barışmasının səbəbi məlum olub.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Marcusun Şevvalı təhdid etdiyi ortaya çıxıb və bu səbəbdən model yenidən onunla sevgili olmağa razılaşıb.

"Əlimdəki görüntüləri yayımlasam həyatın bitər" deyərək, Şevvalın təhdid edildiyi iddia olunub.

Qeyd edək ki, Şevval Marcusdan ayrıldıqdan sonra Kerem Kamışlı ilə sevgili olmuşdu. Marcus onları birlikdə gördüyü restoranda Keremi stulla birgə dənizə atmışdı. Tərəflər arasında gərginlik Aralın Şevvaya 100 metr məsafəsinə qədər yaxınlaşmaması ilə bağlı qərarın alınması ilə yekunlaşmışdı. Daha sonra cütlük yenidən eşq yaşadıqlarını açıqlamışdılar.