Namiq "Netflix"də seriala çəkiləcək

Namiq "Netflix"də seriala çəkiləcək
1829 dəfə oxunub
  • A-
  • A
  • A+
Meyxanaçı Namiq Qaraçuxurlu bundan sonra Türkiyədə şirkətlə çalışacaq.

Axşam.az xəbər verir ki, sənətçi Azərbaycanda verilişlərə qatılmaq üçün onlardan icazə alacaq. Bu haqda "10-da görüşək" verilişində danışan Namiq bunları əlavə edib:

"Verilişə gəlməzdən əvvəl orada prodakşına göstərirəm, icazə alıram. Elə bilirlər burada pul yığıb, Türkiyədə xərcləyirəm. Yox, burada qazandığımı bura verirəm. Orada dostlarım təklif etdi, mən də razılaşdım. Fərqlilik olur və keyfiyyət yaxşıdır. Orada filmə də çəkiləcəm. Çalışdığım studiya "Netflix"də seriallar çəkir. Onlardan birində çəkilmə planım var.

Orada aktyorluq təcrübəmdən istifadə edəcəm. Türkiyəyə gedəndə otelə qədər prodaqşın etdi. Hətta biletimi də alırdılar, imkan vermədim ki, özüm də nəsə edim".

Namiq pandemiya vaxtında maddi sıxıntı yaşamadığını söyləyib:

"6-7 ay fəaliyyətimə fasilə verdim. Çoxu deyirdi ki, onsuz toy yox idi, nə edəcəkdin? Amma deyim ki, pandemiya vaxtında normal pul qazandım. Şəxsi dəvətlər olurdu: kiminsə övladının ad günü olub, mahnı yazmışam. Hədiyyə istəyiblər, bəstələmişəm. Allah ruzimi hər zamanv erib. Pandemiyada ev də təmir etdim, başqa şey də".

Qızı Saranın görüntüsünü İnstaqramda yayımlayan Qaraçuxurlu "İlk səbəb odur ki, özü istəmirdi. Balaca olanda deyirdim, böyüsün, soruşum özündən. İndi isə istəyir. Özü də nələrsə çəkir. İndi istəyirəm yayımlayım. Hərdən içimdən gəlir xoş hissləri paylaşım. Birdən nəsə pis şərh yazarlar. Əgər onu götürməyəcəmsə, niyə paylaşım?" deyə, əlavə edib.