Bu il neçə ailə övladlığa uşaq götürmək istəyib?

Bu il neçə ailə övladlığa uşaq götürmək istəyib?
424 dəfə oxunub
  • A-
  • A
  • A+

2021-ci ilin ilk altı ayı ərzində övladlığa uşaq götürmə ilə bağlı 182 müraciət daxil olub.

Axşam.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov 2021-ci ilin ilk yarısının yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

O qeyd edib ki, müraciətlərin 58-i müəssisədən olan uşaqların övladlığa götürülməsi ilə bağlıdır:

“Bu dövrdə 28 qız və 26-sı oğlan olmaqla ümumilikdə 54 uşaq övladlığa verilib. 31 uşaq isə ailələrinə qaytarılıb”.

V. Behbudov əlavə edib ki, övladlığa verilən uşaqların monitorinqi həyata keçirilir.