Evdə keçirilən toya çox adam çağırdılar, cərimələndilər

Evdə keçirilən toya çox adam çağırdılar, cərimələndilər
334 dəfə oxunub
  • A-
  • A
  • A+

Ucarda karantin rejimi qaydaları ilə bağlı tədbirlər nəticəsində rayonun Rəstəcə, Qazyan və Qarabörk kəndlərində yerləşən 3 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axşam.az-a verilən məlumata görə, qayda pozuntularına yol vermiş ev sahiblərinə mövcud qaydalar haqqında geniş məlumat verilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.