Seda Bakandan örnək addım - Foto

Seda Bakandan örnək addım - Foto
1135 dəfə oxunub
  • A-
  • A
  • A+

Ayvalıqdakı film çəkilişlərinə ara verən aktrisa Seda Bakan istirahətə yollanıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, həyat yoldaşı Ali Erellə Bodrumda dincələn aktrisa nümunəvi addımı ilə digərlərinə örnək olub.

Seda çimərlikdə dincəlməzdən öncə dənizdə və sahildə olan plastik paket, qab, dəsmal, maska ​​kimi tullantıları bir-bir yığıb. Təqdirə layiq hərəkəti ilə diqqət çəkən aktrisa obyektivlərə tuş gəlib.