COVID-19 pasportu olmayan 70 nəfər toya buraxılmadı

COVID-19 pasportu olmayan 70 nəfər toya buraxılmadı
384 dəfə oxunub
  • A-
  • A
  • A+

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Ziyadlı və Ağasbəyli karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkarlayıb.

Axşam.az-ın "Report"a istinadən məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, araşdırmalar zamanı hər 2 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil etdikləri məlum olub.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq, karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

Bundan başqa, rayon ərazisində fəliyyət göstərən şadlıq saraylarında keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVID-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 70 nəfər restorana buraxılmayıb.