Ayrılıqlarına səbəb Tuba olub

Ayrılıqlarına səbəb Tuba olub
2282 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Tuba Büyüküstünlə münasibətiylə gündəmə gələn iş adamı Umut Evirgenin keçmiş sevgilisinə qayıtmaq istədiyi iddia olunub.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Umut 2020-ci ildə aktrisa ilə münasibətini bitirdikdən sonra Melisa Şenolsunla eşq yaşamağa başlayıb. Amma Evirgenin bu münasibəti də uğursuz alınıb.

Melisa yaxınlarına bildirib ki, Umut və Tuba gizli görüşüb. Hətta iş adamı sənətçiyə Qurban bayramını Büyüküstünlə keçirmək istədiyini yazdığı mesaj göndərib.

Büyüküstün də keçmiş sevgilisinin mesajını cavabsız qoymayıb. Həmin an Umutun yanında olan Melisa hər şeyi oxuyub. Sevgilisinin üç il birlikdə olduğu Tuba ilə yenidən görüşməsini qısqanan 24 yaşındakı Melisa ayrılıq qərarı verib.