Atasına görə tənqid yazanlara qarğış etdi

Atasına görə tənqid yazanlara qarğış etdi
2401 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Səidə Dadaşova sosial şəbəkədə paylaşdığı toy videolarına görə tənqid edilib.

Axşam.az xəbər verir ki, izləyicilərdən biri sənətçini atası, Xalq artisti Rafael Dadaşovun dünyasının dəyişməsindən bir il ötməmiş toylara getməkdə ittiham edib.

İstifadəçinin "Toy olsun, bəs, o cür sənətkar atan ölüb, bəs o harada qaldı, heç ili çıxmayıb" şərhi ifaçını özündən çıxarıb.

"Sən atamın dərdini çəkmək üçün ən son insan olarsan. Birdə ki, atamın ili çoxdan çıxıb. Hər halda ürəyin məndən çox yanmaz. Səhifəmi çirkaba batırma. Atamın ili martın 16-da çıxıb. Heç nə demirəm, kim kimi yalandan qınayır, Allaha tapşırmışam. Əzizindən görsün, beynim çönəndə belələrini tapıb yalvartdırıram" deyə, S.dadaşova cavab verib.