Ağaran saçların çarəsi budur

Ağaran saçların çarəsi budur
1957 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-da Kolumbiya Universitetinin alimləri araşdırma apararaq tez ağaran saçların təbii tünd rənginə qayıtmasının mümkünlüyünü bildiriblər.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, "Təbii yenidən pigmen" sübutu tapmaq üçün aparılan təcrübədə araşdırmaçılar əvvəlcə saç ağarmasının səbəbinin stress və yaş olduğunu öyrənməyə çalışıblar. İlk əvvəl tükün bəlli bir ərəfədə boz, bəyaz, yoxsa rəngi olduğunu göstərən 323 proteyn müəyyənlişdirilib.

araşdırmaya qatılan 14 insanın saçları üzərində təcrübə aparılıb. İlk nəticədə stressi azaldaraq saçları əvvəlki rənginə qaytarmağın mümkün olduğu bildirilib. İştirakçılardan biri iki həftəlik istirahətə göndərilib. Geri qayıtdaq isə onun 5 tükünün əvvəlki tünd rəngə qayıtdığı görülüb.

Nəticədə 40 yaşdan yuxadı şəxslərdə bir dəyişiklik olmayıb. Araşdırma qrupunun rəhbəri Ayelet Rosenberg saçın ağarmadan əvvəl bir yaş həddinə çatmağın mütləqliyini vurğulayıb. Orta yaşlı insanlarda saç ağarmasına stress və bioloji faktorlar təsir edir. Rosenberq 70 yaşında və saçları illərdir ağ olan birinin stresini azaltması tükün əvvəlki rəngə qayıtmasına kömək etməyəcəyini deyib.