İflic keçirdiyini demişdi, açılışa qatıldı

İflic keçirdiyini demişdi, açılışa qatıldı
2116 dəfə oxunub
  • A-
  • A
  • A+
İki gün əvvəl Türkiyədə baş verən yanğınlarda kənd evinin yandığını və stressdən iflic keçirdiyini deyən müğənni-model Tuğba Özay açılışa qatılıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, zərgər mağazasının açılışına qatılan müğənni ağrılı günlərdən keçdiklərini, buna baxmayaraq həyatın davam etdiyini qeyd edib:

"Açılış mərasimində iştirak etdiyim üçün xoşbəxtəm. Bildiyiniz kimi, ölkəmiz çox çətin günlər yaşayır... Ölkəmizin hər yerində yanğınlar var. Bu yanğınlar baş verərkən, təbii ki, bir tərəfdən də həyat davam edir. İlk növbədə yanğını yaşayan və fəlakət bölgəsində olan bütün vətəndaşlarımızın tezliklə yaralarının sağalmasını və yanğınların tez bir zamanda sönməsini diləyirəm. Çox üzr istəyirəm, çıxışıma bu şəkildə başlamaq məcburiyyətində idim, amma mütləq xoşbəxtlik olmadığı kimi, mütləq kədər də yoxdur. Ümid edirəm, ölkə olaraq yaşadığımız bu ağrılı günlər ötüb keçəcək".

Tuğbanın açılışa qatılması sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və onu bu hərəkətinə görə qınayıblar. İnsanları aldatması ilə günahlandırılan müğənninin ünvanına "Dünən iflic keçirdim deyə ağlayırdın, bu gün gülüb oynayaraq açılışa qatılmısan", "İnsanların hissləri ilə oynamaq bu qədər asandır?", "Bu necə vicdandır, çox heyf" kimi şərhlər yazılıb.