"Vaksin vurdurmayın" - AzTV-nin aparıcısı

"Vaksin vurdurmayın" - AzTV-nin aparıcısı
13056 dəfə oxunub
  • A-
  • A
  • A+
AzTV-nin aparıcısı Aydan Axundova anasının vaksin vurdurduqdan sonra koronavirusa yoluxduğunu iddia edib.

Axşam.az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında yazıb. Aparıcı bildirib ki, anası xəstəliyi ağır keçirir:

"Vaksinasiya olunmuş anam koronovirusun artıq ikinci həftəsini yaşayır. İkinci həftəsini çox ağır keçirdir. Xəstələrin 90 faizi vaksinləşmiş insanlardır. Məsləhətim, bacardığınız qədər vaksin vurdurmayın".