İlk dəfə oğlunun fotosunu paylaşdı

İlk dəfə oğlunun fotosunu paylaşdı
2690 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Xəyalə Quliyeva oğlu ilə fotosunu paylaşıb.

Axşam.az xəbər verir ki, sənətçi övladının ad günü olduğunu bildirib.

"Dünyaya gəlişini həsrətlə gözlədiyim, mənə "ana" adını bəxş edənim, ilkim, ilk sevincim, boyu boyumu keçənim, Məhəmmədim, ad günün mübarək. Yaxşı ki varsan, doğulmusan... Səni verən Allaha şükürlər olsun. Sağlam, xoşbəxt, firavan böyü. Həmişə arxamda dağ kimi görüm səni. Allah sənə xoş günlər, bizə isə o günlərin şahidi olmağı nəsib etsin" deyə, Xəyalə paylaşımına qeyd edib.

Qeyd edək ki, Xəyalənin Arzu adlı qız övladı da var. O, qızı ilə birlikdə seriallara çəkilir.