Röyanın oğlu əməliyyat olunub

Röyanın oğlu əməliyyat olunub
11299 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Röya Ayxanın oğlu Hüseyn əməliyyat olunub.

Axşam.az xəbər verir ki, müğənni bu haqda mediaya açıqlamasında deyib. O bildirib ki, övladının kor bağırsağından qəfildən ağrı tutub. Xəstəxanaya yerləşdirilən Hüseyni həkimlər əməliyyata alıblar.

"İki gündür deyirdi ağrıyıram. Düşünürdüm ki, soyuq olub. Həkimə apardıq, yoxlamalardan sonra dedilər əməliyyat olunmalıdır. Atası yanındadır, oğluma uğurlar arzulayıram. Stress keçirən ana deyiləm. Hər şeyi anında yaşayıram. Yanında güvəndiyim adamlar var" deyə, Röya əlavə edib.

O, konsertə getdiyi üçün əməliyyat zamanı övladının yanında olmayıb.