"Yaqub Zurufçunun vəziyyəti yaxşı deyil" - Xanımı danışdı

"Yaqub Zurufçunun vəziyyəti yaxşı deyil" - Xanımı danışdı
1112 dəfə oxunub
  • A-
  • A
  • A+

“Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağırdır”.

Axşam.az xəbər verir ki, bu barədə APA-ya sənətçinin həyat yoldaşı Aynur Zurufçu məlumat verib:

“Yaqubun vəziyyəti yaxşı deyil, həkimlər ümidverici heç nə demir. Yaqubun əvvəllər böyrəklə bağlı hər hansı problemi olmayıb. Bu, koronavirusun fəsadıdir”.

Xatırladaq ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub. Onu dərhal “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdiriblər. Həkimlər Y.Zurufçunun vəziyyətini stabil ağır olaraq qiymətləndirirlər.

Qeyd edək ki, Y.Zurufçunun müalicəsini Birinci vitse-prezident Mehriban Əliyeva nəzarətə götürüb.