"Azərbaycanda bunu ilk mən etdim" - Video

"Azərbaycanda bunu ilk mən etdim" - Video
3698 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Lətifə Soyuöz yeni hazırladığı vloqu ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, "Günaydınlarca günaydın" adlanan vloqda ifaçı bir gününü lentə aldırıb. O, gün ərzində yuxudan oyanmasından tutmuş, getdiyi yerlərə, etdiyi işlərə qədər hər şeyi videoda əks etdirib.

L.Soyuöz bildirib ki, Azərbaycanda məşhurlar arasında bunu ilk dəfə özü edib:

"Vloq hazırladım, çox maraqlı alındı. Azərbaycanda ilk dəfədir bir məşhur belə "Reel life" hazırlayır. Xaricdə bunu ediblər. Azərbaycanda isə bunu ilk mən etdim. Özü də 4K formatındadır. Ötən gün yayımlandı. İzləyicilərimdən nə qədər mesaj almışam. hamı çox bəyənib".

Müğənni vloqun davamlı olacağını da vurğulayıb.