"Bu həyat bizə nələr yaşatmadı" - Firəngiz Mütəllimova

"Bu həyat bizə nələr yaşatmadı" - Firəngiz Mütəllimova
1352 dəfə oxunub
  • A-
  • A
  • A+
"Saf niyyətlə səhifəmə baxan əzizlərim, kimlərisə, nələrisə boş verin. Bu həyat bizə nələr yaşatmadı. Nələr görmədik. Necə sevindik. Bəzən hönkürüb ağladıq... Çünki həyatın yolları çox keşməkeşlidir".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə yazıb. Aktrisa insanlardan gileylənib:

"Allah səmimi, xoşniyyətli insanları bizdən uzaq etməsin. Həyatda ən xoşuma gəlməyən kiminsə səni yamsılamasıdır. Özünü sənə oxşatmasıdır... Bir sözlə, özünü həlak edib sənin kölgənə çevrilməsidir... Allah hərəni bildiyi kimi yaradır, bunu unutmayaq. Yazdığınız xoş sözlərə görə, dualarınız üçün sizə minnətdaram. Var olun mənim əzizlərim. Həyat gözəlləşsin deyə, gülümsə, paxıllardan uzaq ol".