Bakıda dördəm doğulub

Bakıda dördəm doğulub
1856 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Bakıda xəstəxanaların birində dördəm dünyaya gəlib.

Axşam.az xəbər verir ki, tibb müəssisəsindən "Report"a verilən məlumata görə, körpələrdən üçü oğlan, biri isə qızdır.

Qeyd olunub ki, körpələrin çəkiləri 1 140 qr (oğlan), 1 350 qr (oğlan), 1 230 qr (oğlan), 1 120 qr-dır (qız): "Ananın və uşaqların vəziyyəti stabildir".

Məlumat üçün bildirək ki, bu 30 yaşlı qadının ilk hamiləliyi olub. Körpələr qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Onların 20 günə yaxın xəstəxanada qalacağı bildirilir.