"Nadirin üzr istəməsi lazımsız idi"

"Nadirin üzr istəməsi lazımsız idi"
2315 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Kərim Abbasov həmkarları Nadir Qafarzadə ilə Ayan Babakişiyevanın qalmaqallı videosundan bəhs edib.

Axşam.az xəbər verir ki, Kərim Qafarzadənin həmin görüntülərə görə üzr istəməsini qınayıb. Bu haqda "Ziq-zaq" proqramında danışan ifaçı üzrün lazımsız olduğunu deyib:

"Orada Nadirin üzr istəməsi lüzumsuz idi. Nadirlə Ayanın dostluğunu görmüşəm. Üzr videosuna baxanda dedim ki, Nadir niyə? Səni tanıyan tanıyır. Çıxıb üzr istəməsi, qarğa məndə qoz var demək idi. İstəmədən olan haldır, öpəndə üzüm dəyib, niyə üzr istəməliyəm? Öpmüşəm öpmüşəm də...".

Qeyd edək ki, ad günü məclislərinin birində rəqs edərkən Nadir Ayanı dodağından öpməyə çalışıb. Bu görüntüləri tənqid olunan Qafarzadə daha sonra üzr istədiyini dediyi video yayımlayıb.