"Peyvənd pasportlarının səyahət üçün şərt olmasını istəmirik" - ÜST

"Peyvənd pasportlarının səyahət üçün şərt olmasını istəmirik" - ÜST
742 dəfə oxunub
  • A-
  • A
  • A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) peyvənd pasportlarının səyahət şərtləri kimi tələb olunmasına qarşı çıxıb.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Təşkilatın baş direktoru Tedros Adanom Qebreyesus keçirdiyi brifinq zamanı danışıb. O bildirib ki, bu tələb sosial və iqtisadi sabitliyin pozulmasına səbəb olacaq:

"Peyvənd pasportlarının səyahət üçün şərt olmasını istəmirik. Səbəb isə hamının vaksin olunmamasıdır. Bu, ayrı-seçkiliyə gətirib çıxaracaq. Gələcəkdə vaksin olunanların sayı artsa, bu məsələ nəzərdən keçirilə bilər".