Yaqub Zurufçunun harada dəfn olunacağı sabah bilinəcək

Yaqub Zurufçunun harada dəfn olunacağı sabah bilinəcək
1133 dəfə oxunub
  • A-
  • A
  • A+

"Dəfn yeri ilə bağlı dəqiq məlumatımız yoxdur, ancaq sabah bu barədə nəsə deyə bilərik".

Axşam.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Yaqub Zurufçunun baldızı Məlahət xanım deyib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, Əməkdar artistin harada dəfn olunacağına ailəsi qərar verəcək.

Qeyd edək ki, sənətçi bu gün müalicə aldığı "Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.