"Elə hadisələr oldu ki, biz çökdük"

"Elə hadisələr oldu ki, biz çökdük"
1865 dəfə oxunub
  • A-
  • A
  • A+
"Səhnəyə ilk addımlarımı atanda bilirdim ki, ailədə, nəslimdə problem olacaq. Gözlədiyim oldu, qarşılaşdım. Bütün bunlar ürəyimdə çatlar qoydu, hələ də o çatlar var. Baxmayaraq ki, qohumlarla münasibətim yaxşıdır, amma çat olanda, onu yapışdırmaq mümkün deyil. Bizi ümumiyyətlə, tanımadılar. Demədilər ki, bəlkə dəstək olaq, başqa bir iş görək. Tibb Universitetində oxuyurdum, dördüncü kursdan həyatımızda elə hadisələr baş verdi ki, biz çökdük.  İstəmədən imtina etməli oldum. Əslində istəyərdim qadın həkimi olum".

Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Üzə-düz" verilişində deyib. Sənətçi qohumlarının ona qarşı olan münasibətindən bəhs edib.

Fatimə qızı Aydandan danışaraq, onun ailə qurmasından söz açıb:

"Bu gün qızımın həyatından çox rahatam. Onlardan danışanda kövrəlirəm. Aydanı böyüdəndə çox əziyyətlər çəkdim. O mənim bacım, dostum oldu. Qızımın çox gözəl ailəsi var, kürəkənimdən də razıyam. Düzdür, aralarında hərdən inciklik olanda Aydana deyirəm ki, hər ailədə olur. Qızım yoldaşından bir neçə yaş kiçikdir, bir az kaprizləri ola bilər. Xoşbəxtəm ki, qızım bu yaşda məni nənə etdi.

Özümü tam da xoşbəxt insan saymıram, saymamışam da, bu hiss an kimi ola bilər. Söhbət, pul, var-dövlətdən getmir. Kiməsə bəxtəvərçilik yağdıran insanlardan da qaçıram. Bəxtəvər görünən insanın da öz dərdi var. Onun villası da olsa, tam xoşbəxt ola bilməz".

Fatimə bildirib ki, şou-biznesdə heç kimlə dostluq etmir:

"Məndən inciməsinlər, şou-biznesdən heç kimlə zəngləşib, görüşüb, dostluq etmirəm. Uzaq gəzirəm. Balaş rəhmətə gedəndə status yazmışdım. Allah ona rəhmət eləsin. Mənim onunla heç bir problemim olmayıb. Balaşı o xanımdan (bacısı, müğənni Xatun Əliyeva - red.) əvvəl tanıyırdım. O, mənim salonumda çalışdı. Çox gözəl günlərimiz, xatirələrimiz var. İçimdən gəldi o satatus yazdım, heç peşman da deyiləm. Mənə o barədə heç kim nəsə demədi ki, Fatimə bunu et. Allah onun balalarını saxlasın, yaxınlarına səbr versin".