Acun niyə həmişə qara kofta geyinir?

Acun niyə həmişə qara kofta geyinir?
2707 dəfə oxunub
  • A-
  • A
  • A+
"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. 

"Gün ərzində ayaqqabı geyindiyimi xatırlamıram. Köynəyi ildə 15 dəfə, pencəyi 4 dəfə geyinirəm. 500 ədəd qara kofta sifariş etmişəm. Hər gün "Survivor"da "t-shirt" dəyişdirə-dəyişdirə "bunu geyindin, bu olmaz" problemləri başladı. Özümü bu cür daha rahat hiss edirəm. Bu yolla "Survivor" çəkilişlərində davamlılığı da qorumuş olduq. Çəkilişlər zamanı eyni paltarı tapmaq çətin olurdu, ya itirdi, ya kimsə səhvən yandırırdı" deyə, Acun bildirib.