COVID-19 testlərinin cavabları niyə fərqli olur?

COVID-19 testlərinin cavabları niyə fərqli olur?
576 dəfə oxunub
  • A-
  • A
  • A+

“COVID testinin pozitiv çıxması birmənalı olaraq xəstəliyin olduğunu təsdiqləyir”.

Axşam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Bu gün COVID-19” mövzusunda çıxışında deyib.

O bildirib ki, xəstəliyin 2-ci həftəsində virus aşağı tənəffüs orqanlarına enir və oradan yaxma götürmək mümkün deyil:

“Burada texniki məsələlər də var. Götürülmüş analizin düzgün yoxlanılması, dərindən götürülməsi məsələsi var. Belə olan hallarda mənfi nəticələr qaçılmazdır. Müxtəlif cavablar əldə edilməsi ilə bağlı şikayətlər olur. Ümumiyyətlə, tibbdə 100 faizli nəticə yoxdur. Bu testlərin informativliyi 70-80 faizdir. Testlər standart olmadığına görə müxtəlif yerlərdə müxtəlif cavablar əldə edə bilərsiniz. Seroloji testlərə etibar edib diaqnoz qoyulmur. ÜST tərəfindən də təsdiqlənən əsas üsul PZR testidir. Yəni, artıq virus aşağı tənəffüs orqanlarına düşübsə, PZR yaxmanın neqativ, seroloji müayinənin nəticəsinin isə pozitiv çıxması normaldır”.