"Şou-biznesi təmizləmək lazımdır, bazara oxşayır" - Samir Bağırov

"Şou-biznesi təmizləmək lazımdır, bazara oxşayır" - Samir Bağırov
1811 dəfə oxunub
  • A-
  • A
  • A+

"Şou-biznesdə vəziyyət çox çətindir. Təmizləmək lazımdır, bazara oxşayır. Bəlkə də mənim sənətə qayıtmağım elə belə deyil. İndi şou-biznesi təmizləmək olacaq".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Samir Bağırov MTV-yə açıqlamasında deyib. Uzun illərdən sonra səhnəyə dönən müğənni köhnə dostlarından heç bir xəbər almadığını, unudulduğunu bildirib:

"Kimnənsə nəsə gözləmirəm. Yox oldum və onlar məni unutdular. Amma eybi yox. Başda düşürəm, bu sənət belədir. Hər kəs öz işi ilə məşğuldur. Yalnız Aygün Kazımova ilə əlaqə var idi. Zülfiyyə Xanbabayevayla sonuncu dəfə "Azərbaycan" layihəsində görüşdük. Brilliant Dadaşovanı çoxdandır görmürəm, əlaqəmiz yoxdur".