Dünyada ilk TikTok fakültəsi açıldı

Dünyada ilk TikTok fakültəsi açıldı
959 dəfə oxunub
  • A-
  • A
  • A+

Sosial media və universitet dünyasında bir ilk gerçəkləşib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, video paylaşım platforması olan TikTok adına Ukraynanın paytaxtı Kiyevdə fakültə açılıb.

Açılışı ölkənin TikTok fenomenlərindən biri hesab olan Mixail Poplavski edib. O bildirib ki, Kiyev Mədəniyyət Universitetində açılan fakültədə tələbələr pulsuz təhsil alacaqlar.

Fakültənin dekanı Liliya Mojayeva isə tələbələrə tövsiyələrini verib:

"Özünüzü inkişaf etdirin, brendinizi yaradın və biz bu yolda sizə kömək edəcəyik".