Mükafatı verərkən diz çöktü - Fotolar

Mükafatı verərkən diz çöktü - Fotolar
1984 dəfə oxunub
  • A-
  • A
  • A+

“Golden Palm Awards” mükafatlandırma gecəsində türkiyəli aktrisa Binnur Kaya “İlin qadın serial aktrisası” nominasiyasına layiq görülüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mükafatı təqdim edən aktyor Erkan Petekkaya həmkarının qarşısında diz çöküb. Onun bu addımı alqışlarla qarşılanıb. Binnur Kaya da jest qarşısında diz çökərək aktyoru qucaqlayıb.

Qeyd edək ki, aktyorlar birgə “Kırmızı oda” serialında rol alıblar.