"Heç kim bilmədi ki, o, mənim qızımdır"

"Heç kim bilmədi ki, o, mənim qızımdır"
6427 dəfə oxunub
  • A-
  • A
  • A+

"Qızımla fəxr edirəm. Məktəbi bitirdi, xarici dillərdə oxudu, heç kim bilmədi ki, o, mənim qızımdır. Diplomunu da gedib özü aldı".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov "10-da görüşək" proqramında deyib. Müğənni övladlarını efirdən gizlətməsindən danışıb:

"Oğlum da eyni. Bir dəfə efirdə oxuduğu universitetin adını çəkdim, onda bildilər ki, oğlumdur. Gəldi dedi ki, ata, harda demisən? Deyirəm, normal haldır, ata övladla fəxr edər. Övlad atasına güvənər. Amma bəzi şeylər olur. Bizim ailədə başqa cürdür.

Ailəsini, övladlarını göstərənlər də yaxşı edir. Ona deyə bilmərəm belə etmə. Adam istəyir göstərir, istəmir göstərmir".