Eşq iddialarına cavab verdi

Eşq iddialarına cavab verdi
933 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa İrem Sak 11 yaş kiçik basketbolçu Furkan Korkmaz ilə eşq yaşaması ilə bağlı xəbərlərə münasibət bildirib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Korkmazla sevgili olmadığını deyib:

“Birlikdə yemək yedik, sadəcə dostumdur. Hər axşam yemək yeyirik”.

Qeyd edək ki, İrem Sak basketbolçudan böyük olduğu üçün sosial şəbəkədə xeyli tənqid olunmuşdu.