"Hərəkət etməyim çətinləşib" - Elton Con

"Hərəkət etməyim çətinləşib" - Elton Con
1167 dəfə oxunub
  • A-
  • A
  • A+
Britaniyalı 74 yaşlı müğənni-bəstəkar Elton Con budundan ciddi zədə alıb.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi Tvitter hesabında yazıb. Hazırda müalicə alan sənətçi bu səbəbdən Avropa turnesini təxirə saldığını bildirib:

"Yayın sonunda yerə yıxıldım və o zamandan bəri budumda şiddətli ağrı və narahatlıq hiss edirəm. İntensiv fizioterapevtik və ixtisaslaşdırılmış müalicəyə baxmayaraq, ağrı artmağa davam edir və hərəkət etməyim çətinləşib. Həkimlər əvvəlki formama qayıtmaq üçün mənə mümkün qədər tez əməliyyat olunmağımı məsləhət gördülər. Söz verirəm ki, gələn il konsert turnemə davam edəcəm".