Şimşək çaxıb, leysan yağıb - Faktiki hava

Şimşək çaxıb, leysan yağıb - Faktiki hava
852 dəfə oxunub
  • A-
  • A
  • A+

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bəzi yerlərdə leysan xarakterli intensiv olub.

Bu gün gün ərzində intensivləşən leysan yağış nəticəsində Tovuz rayonu Yanıqlı kəndi yaxınlığında, Göy Göl rayonu və rayonun Aşıqlı ərazisindən sel keçib.