Buzla gözəlləşin

Buzla gözəlləşin
1156 dəfə oxunub
  • A-
  • A
  • A+
Üz dərimiz daim qulluq tələb edir. Baxımsız qalan dəri elastikliyi və təravətini itirir, tez qırışır.

Axşam.az xəbər verir ki, üz qulluğu təkcə kosmetoloqlara gedib, bahalı prosedurlar etməkdən ibarət deyil. Xanımlar mətbəxdə əllərində olan vasitəlrələ üzlərini daim təravətli saxlaya bilərlər.

Üz üçün ən xeyirli vasitələrdən biri buzdur. Buzları aşağıdakı kimi hazırlaya bilərsiniz:

Gül suyu və ləçəklərini ilıq suya töküb, ağzını örtüb bir az saxlayın. Sonra buz qabına töküb, soyuducuya qoyun.

Çobanyastığı çiçəyini dəmləyib, buzluqda balaca buzlar hazırlayın.

Üz dərisinə yaxşı təsir edən vasitələrdən biri də yaşıl çaydır. Dəmlənmiş yaşıl çayı buzduqda dondurun.

Digər bir vasitə isə düyü suyudur. Plov dəmləyərkən düyünü qaynatdığınız suyu atmayın. Ondan balaca buzlar hazırlayın.

Bu bzularla səhər yuxudan oyananda və axşam yatmazdan əvvəl üzünüzü massaj edin. Dəriniz bərkiyəcək, sallanmaların qarşısı alınacaq, botoks effeki yaranacaq.