Cem Yılmaz dələduzların qurbanı oldu

Cem Yılmaz dələduzların qurbanı oldu
552 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor və şoumen Cem Yılmaza qarşı dələduzluq edilib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, sənətçi öz və qardaşının adından istifadə edərək bir nəfərin insanları aldatdığını bildirib.

Tvitterdən izləyicilərinə səslənən Yılmaz "Qəribədir, amma bu var" sözlərini yazıb.

Tanımadığı şəxs Cem Yılmazın adından restoran, kafe və digər məkanlara zəng edərək, "Qardaş, mən Cem Yılmazam" deyərək, pul istəyib.