Şimşək çaxacaq, yağış yağacaq

Şimşək çaxacaq, yağış yağacaq
1340 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-29° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.

Sentyabrın 20-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.