Seda ilə barışdı

Seda ilə barışdı
529 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun müddətdir küsülü olan müğənni Seda Sayan və şoumen Mehmet Əli Ərbil barışıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Sedanın konsertinə dəvətsiz gələn Mehmet "Ah yalan dünya" mahnısını səsləndirərək səhnəyə çıxıb. Sürpriz hərəkətlə üzləşən ifaçı bunu müsbət qarşılayıb və onlar səhnədə qucaqlaşıblar.

Qeyd edək ki, tərəflər arasında problem Ərbilin Seda haqqında dediyi "Televiziya kanalları hələ də reytinq ala bilməyən bu qadını işə götürürlər" ifadəsinə görə yaşanmışdı.