Peşəkar futbolçular “Kontakt”ın müştəriləri ilə yarışdılar – Fotolar

Peşəkar futbolçular “Kontakt”ın müştəriləri ilə yarışdılar – Fotolar
393 dəfə oxunub
  • A-
  • A
  • A+

Sevindirən şəbəkə “Kontakt” futbolsevər müştəriləri üçün böyük fürsət yaratdı. Onlar “Sumqayıt” futbol klubunun oyunçuları ilə görüşmək və “PlayStation” turnirinə qatılaraq “Kontakt”dan və “Sumqayıt” FK-dan dəyərli hədiyyələr qazandılar.

2 mərhələdən ibarən turnirin birinci mərhələsində futbolsevərlər öz aralarında, ikincisində isə “Sumqayıt” FK oyunçuları ilə yarışıblar.

Daha dəqiq desək, son üçlüyə düşən müştərilər “Sumqayıt” FK-ın məşhur oyunçuları olan Süleyman Əhmədov, Rüfət Abdullazadə və Səbuhi Abdullazadə ilə komandalara bölünərək futbol video-oyununda yarışıblar. Hər komandada bir peşəkar futbolçunun olması iştirakçıların güclərinin bərabər olmasına kömək edib.

Beləliklə, birinci yerə çıxan komandanın həvəskar futbolçusu “Kontakt”dan 150 AZN-lıq, ikinci yerə çıxan – 100 AZN-lıq, üçüncü yerə çıxan – isə 50 AZN-lıq hədiyyə kartı qazanıb. Bunlarla yanaşı, qaliblər həm də “Sumqayıt” FK-dan imzalı forma və peşəkar toplarını hədiyyə qazanıblar.

Xatırladaq ki, hər zaman aktiv həyat tərzini təbliğ edən “Kontakt” “Sumqayıt” futbol klubunun rəsmi dəstəkçisidir.

“Kontakt” – elektronika, məişət texnikası, mebel, tekstil və digər ev əşyalarının satışı üzrə ixtisaslaşmış Azərbaycanın ən böyük riteyl şəbəkələrindən biridir. 30 000-dən çox məhsul çeşidinə malik “Kontakt Home” mağazalarında ev üçün axtardığınız hər şeyi tapa bilərsiniz.

“Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distribütoru, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.

Sevindirən şəbəkənin ölkə üzrə ümumilikdə 32 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərir.