Ən bahalı kosmetik vasitələr - 14 milyonluq dəst

Ən bahalı kosmetik vasitələr - 14 milyonluq dəst
810 dəfə oxunub
  • A-
  • A
  • A+

Xanımlar daima geyimə, ayaqqabıya, aksesuara pul xərcləməli olur. Bu siyahıda çeşid çoxluğu ilə kosmetik vasitələr də ilk sırada yer alır. Lakin elə makiyaj vasitələri var ki, həqiqətən onları əldə etmək üçün bir sərvət xərcləmək məcburiyyətindəsiniz.

Axşam.az xarici mediaya istinadən ən bahalı gözəllik vasitələrini təqdim edir.

1. "Kre At Beauty" markasının taxma kirpiklərinin qiyməti 1350 dollardır. 2011-ci ildən 24 əyyar qızıl və 18 karatlıq brilliantlardan hazırlanan taxma kirpik daha çox kino ulduzları tərəfindən qırmızı xalça üzərinə çıxarkən tərcih edilir.

2. "La Mer" adlı üz kreminin satış qiyməti 2220 dollardır. Cilddəki qırışları azaldan, məsamələri kiçildən bu kremin tərkibində dəniz yosunu və "möcüzə su" deyə adlandırdıqları xüsusi qatqı var.

3. "Essie Cosmetics"in platindən olan dırnaq boyasını almaq üçün 55 min dollar ödəməlisiniz.

4. "Guerlain"ın  brilliant daşlarla bəzədilmiş pomadasının dəyəri 62 min dollardır. 199 ədəd 18 karatlıq qiymətli daşla dizayn olunan dodaq boyasının ümumi çəkisi 100 qramdır. Qabın içərisində zümrüd və yaqutdan da istifadə olunub.

5. "Models Own"un özəl sifarişlə qızıl qaplamalı və üzərində 1118 ədəd brilliant olan pomadası 130 min 450 dollaradır.

6. "H. Couture Beauty"nin 1000 ədəd svarovski qaşlarla bəzədilmiş dodaq boyası, 18 karatlıq 2500 mavi və 1200 ədəd çəhrayı almazla hazırlanan xüsusi dəstin qiyməti 14 milyon dollardır.